Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər. "Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib
“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı Dünya Türklərinin Həmrəylik Günü qeyd olundu “Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilmişdir



» » Güclü diasporumuzun yaranacağına inanıram


Güclü diasporumuzun yaranacağına inanıram

16-09-2016, 14:47
Oxunma sayı: 332
Güclü diasporumuzun yaranacağına inanıramBir neçə gün öncə Makedoniya parlamentinin deputatı Enes İbrahim və diaspor üzrə jurnalist Elnur Eltürk Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaratdılar. Yeni qurumun əsas təşəbbüskarı olan Elnur Eltürk cəmiyyətin fəaliyyət ilə bağlı Adalet.az-a müsahibə verib.

- Yeni cəmiyyəti yaratmaqda məqsəd nədir?

- Xaricdə soydaşlarımızın təşkilatlanması və onların bir amal ətrafında birləşməsi hər zaman əsas məqsədim olub. Bir media işçisi olaraq, bu xəttin güclü olmasını dəstəkləmişəm. Düzdür, bu bir az çətin prosesdir və onu bilirəm ki, güclü diasporumuzun yaranacağına inanıram. Dünyanın bir sıra ölkələrində savadlı və inteqrasiya etmiş gənclərimiz var. Onların potensialı istəklərimizin gerçəkləşməsinə böyük təsir göstərəcək. Ziyalılarımızın gücünü bura əlavə etsək, istənilən hədəfə çatmaq imkanlarımız artır. İllərdir ki, bu istiqamətdə dostlarımızla fəaliyyət göstəririk.

- Bilirik ki, beynəlxalq ictimai əlaqələriniz də genişdir, bunun Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaratmaqda təsiri olubmu?

- Bilirsiniz ki, üzvü olduğum Diaspor Jurnalislər Birliyi də Azərbaycan diasporunun güclü olması üçün var gücü ilə çalışır. Bunu zaman-zaman ölkə mediasında çıxan yazı və xəbərlərdə görə bilərsiniz. Diaspor Jurnalistlər Birliyi xarici media ilə sıx əlaqələr qurub. Bu günlərdə təşəbbüsümüzlə formalaşan Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti iki ölkə arasında körpü əlaqələrinin daha da güclü olması üçün yarandı. Makedoniya parlamentinin deputatı Enes İbrahimlə söhbətimiz oldu və ona belə qurumun yaranmasının vacibliyini bildirdim. Enes bəy sağ olsun ki, təşəbbüsümü dəstəklədi. Həm də Enes bəy Azərbaycanı, ümumi olaraq Qafqazda gedən prosesləri izləyən siyasətçidir. Əvvəllər Qarabağla bağlı Makedoniyada tədbirlər təşkil edib, bu mövzuda mediada yazılarla çıxış edib. Makedoniyada çalışqan və fəal siyasətçi kimi böyük nüfuza malikdir. Təbii, iki ölkə arasında siyasi-iqtisadi və mədəni əlaqələr var. Ancaq bildiyim qədər orada Azərbaycanla bağlı təşkilat yoxdur. Bəlkə də olub və sonradan fəaliyyəti dayanıb. Ancaq hələlik belə bir cəmiyyət və ya təşkilat fəaliyyət göstərmir.

- Təşkilatın gələcək güc strukturu nədən ibarətdir?

- Bu cəmiyyət gələcəkdə dostluq əlaqələrimizin güclənməsinə öz töhfəsini verə bilər. Üstəlik, yeni yaranacaq təşkilatlar digər qurumlarla sıx təmasda olmalıdırlar. Bu gün internetin bizə verdiyi imkanlardan maksimum yararlanmaqla koordinasiyanı həyata keçirə bilərik. Əsas odur ki, işləməyə maraq olsun. Qarşıda bir sıra planlarımız var. Bu barədə Enes İbrahimlə müzakirələr aparırıq. Hər şey dəstəkdən aslıdır. Əgər dəstək olacaqsa, işi məntiqli və keyfiyyətli şəkildə həyata keçirəcəyik. Makedoniya mediası ilə sıx əlaqələr qurmaq planlarımızın əsas tərkib hissəsini təşkil edir. Oranın yerli və Türk icması ilə sıx əlaqələr quracağıq.
Sosial şəbəkələrdə paylaş: