Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » Müqəddəs İmam Hüseyn hərəminin Mədəniyyət həftəsi çərçivəsində Bakı İslam universitetində «Qadının İslamda rolu» mövzusunda konfrans keçirilib.


Müqəddəs İmam Hüseyn hərəminin Mədəniyyət həftəsi çərçivəsində Bakı İslam universitetində «Qadının İslamda rolu» mövzusunda konfrans keçirilib.

8-10-2015, 19:03
Oxunma sayı: 540
Bu gün Bakıda Müqəddəs İmam Hüseyn hərəminin (MİHH) Azərbaycanda təşkil etdiyi mədəniyyət həftəsi bu gün davam edib.
Mədəniyyət həftəsi çərçivəsində Bakı İslam universitetində «Qadının İslamda rolu» mövzusunda konfrans keçirilib.
Mərasim Quran tilavəti ilə açılıb. MİHH-nin Mədəni əlaqələr şöbəsinin üzvü Şeyx Mustafa Amili «Həzrəti Zeynəbin həyatına baxış» başlıqlı çıxışı ilə konfransı açıb.
«Məhəmməd (s.a.s) peyğəmbərə ilk iman gətirən onun xanımı Xədicə olub. Hətta belə bir deyi var ki, Xədicənin mal-dövləti Əlinin qılıncı olmasaydı , islam bu dərəcəyə qədər yüksəlməzdi.Həzrəti peyğəmbər . belə buyurub: Fatimə mənim ciyərparəmdir. Kim onu incitsə ,məni inciditmiş olur. Məni incidənsə Allahı. Şəzrəti Zeynəb yeganə xanımdır ki, İmam Hüseyn (ə.s) hərəkatının yaşamasına birbaşa təsir göstərib.»
Şeyx Mustafa çıxışından sonra Bakı İslam Universitetinin tələbələrinin suallarını cavablandırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Dünya Siyasəti institutunun böyük elmi işçisi , fəlsəfə doktoru Rahil Nəcəfov isə məruzəsində İslam düşüncə və İslam fəlsəfəsi mövzusunu əhatə edib.
«İslam dünyasında intellektual fəaliyyətlərin elə bir geniş çərçivədə və çoxmövzulu olması daxilində «İslam fəlsəfəsi » termininin həcmi haqqında bu gun fikir ayrılığı çoxdur. Bu fərqliliyin səbəbi xüsusilə də metafizika sahəsində spekulyativ xarakterli əqli çalışmaların adı fəlsəfə olmayan konsepsiyaların təsəvvüf və yaxud kəlamın da üzə çıxmasıdır.» Bunları R.Nəcəfov deyib.
Fəlsəfə doktoru Şahin Yəhyayev in çıxışı isə İslamın terrorizmə yanaşmasına həsr olunmuşdu:
«Terroristlər yalnız şiddət yolu ilə müvəffəqiyyət qazanacaqlarına inanırlar. Ətrafdakı insanların onlardan qorxmasını istəyirlər. İslamın bir terror dini olduğunu iddia edənlər öz fikirlərinin doğruluğunu isbat etmək üçün İslamdakı cihad və mürtəd anlayışlarına təhrif edirlər. Amma Quran və digər mötəbər mənbələrə əsaslandıqda İslamın zor gücü ilə yayılmasının qəbuledilməzliyi və terrora haqq qazandırılmadığının şahidi oluruq.»

Konfransda həmçinin «Azərbaycan-İraq» mədəni əlaqələr ictimai birliyinin sədri Tahirə Məmmmədova, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli də çıxış edib.
Tədbirdə həmçinin Müqəddəs İmam Hüseyn hərəminin nümayəndələri Şeyx Mustafa əl Qalibi, Müzhir əl Həkim, Müslim Abbas iştirak edib.
Sabah Həzrəti Zəhra məscidi və Turizm və Menecment Universitetində tədbirlər davam edəcək.
Müqəddəs İmam Hüseyn hərəminin  Mədəniyyət həftəsi çərçivəsində Bakı İslam universitetində «Qadının İslamda rolu» mövzusunda konfrans keçirilib.

Müqəddəs İmam Hüseyn hərəminin  Mədəniyyət həftəsi çərçivəsində Bakı İslam universitetində «Qadının İslamda rolu» mövzusunda konfrans keçirilib.
Sosial şəbəkələrdə paylaş: