Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF



» » Sabirabadlı yeniyetmə-gənclər Şuranın dəstəyilə Qubaya səfər ediblər


Sabirabadlı yeniyetmə-gənclər Şuranın dəstəyilə Qubaya səfər ediblər

29-06-2016, 02:47
Oxunma sayı: 394
“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yurdumun Gözəlliyi Gənclərin Gözü İlə!” layihəsini davam etdirir.
İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində Sabirabad rayonundan olan aztəminatlı yeniyetmə və gənclər bu dəfə Quba rayonunda olublar.
İlk olaraq iştirakçılar Heydər Əliyev Mərkəzinə səfər ediblər. Onlar Mərkəzdəki eksponatlarla tanış olub, muzeyə tamaşa ediblər. Onları maraqlandıran suallarla muzey işçilərinə müraciət ediblər.
Sonra Quba Gənclər Mərkəzində olan qonaqlar orada gənclər üçün yaradılan şəraitlə yaxından tanış olublar, stolüstü oyunlar oynayıblar.
Quba soyqırımı məzarlığını ziyarət edən gənclər ermənilərin törətdikləri vəhşiliklər barədə bir daha məlumatlandırılıblar.
Qəçrəşdə yerləşən istirahət mərkəzinə səfər də iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, GSTM İB-nin həyata keçirdiyi “Yurdumun Gözəlliyi Gənclərin Gözü İlə!” layihəsinin başlıca məqsədi Sabirabad rayonundan olan aztəminatlı yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Xatırladaq ki, layihə iştirakçılarının ilk səfəri paytaxt Bakıya olmuşdu.
Sabirabadlı yeniyetmə-gənclər Şuranın dəstəyilə Qubaya səfər ediblərSabirabadlı yeniyetmə-gənclər Şuranın dəstəyilə Qubaya səfər ediblərSabirabadlı yeniyetmə-gənclər Şuranın dəstəyilə Qubaya səfər ediblər
Sosial şəbəkələrdə paylaş: