“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Bölgələrdə gənclər ətraf mühitin qorunması işinə cəlb ediləcək


Bölgələrdə gənclər ətraf mühitin qorunması işinə cəlb ediləcək

6-05-2016, 09:18
Oxunma sayı: 340
Bölgələrdə gənclər ətraf mühitin qorunması işinə cəlb ediləcək
Mingəçevir və Yevlaxda şagird və tələbələr üçün ekologiyadan təlimlər keçiriləcək

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Mingəçevir və Yevlax şəhərlərində “Sağlamlıq və ətraf mühit” lahiyəsinin icrasına start verilib. İcrası 3 aylıq nəzərdə tutulan layihənin əsas məqsədi – Mingəçevir və Yevlax şəhərlərində ətraf mühitdə ekoloji tarazlığı təmin edən fəaliyyətlərin dəstəklənməsi, ekoloji problemlərin aradan qaldırılması və tələbələri ətraf mühitlə əlaqədar maarifləndirməkdən ibarətdir.

Bu barədə məlumat verən Birliyin sədri Günel Balakişiyevanın sözlərinə görə layihə çərçivəsində gənclər ətraf mühitin qorunmasına və ekologiyanın bərpası işinə cəlb ediləcəkdir.

“ Layihə müddətində şagird və tələbələr arasında ətraf mühitin qorunması üzrə qanunvericilik bilikləri təkmilləşdiriləcək. Təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunmasının təmin edilməsi istiqamətlərdə maarifləndirmə işləri aparılacaq, ekoloji problemlərin müzakirəsinə həsr olunmuş 4 günlük təlim və seminarlar təşkil olunacaq. Təlim və seminarlarda layihə çərçivəsində çap olunan buklet, flayer və təqvimlər iştirakçılara paylanılacaq. Layihənin media və sosial media vasitəsi ilə geniş piar olunmasına çalışacağıq ki, daha çox insan bundan bəhrələnə bilsin”.

Onu da qeyd edək ki, artıq layihənin hazırlıq mərhələsinə uyğun olaraq Mingəçevir və Yevlax şəhərlərində həyata keçiriləcək işlər üçün lazımi çap materialları nəşr olunub və tədbirlərin keçirilməsi üçün yer və vaxt ayrılıb.
Sosial şəbəkələrdə paylaş: