Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"
Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır. 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI Bərdə şəhərində 2 fevral "Gənclər Günü"nə həsr olunmuş açıq rayon birinciliyi keçirilib Sumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vuruldu



» » Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər başa çatmışdır


Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər başa çatmışdır

17-03-2016, 22:38
Oxunma sayı: 498
Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər başa çatmışdırAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalib layihəsi olan “Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin, Zaqatala rayon İcra Hakimiyyətinin və Zaqatala Rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində təlimlər həyata keçirilmişdir.
Təlimlərdə layihə rəhbəri Quliyeva Səbinə Nazim qızı tərəfindən layihə haqqında iştirakçılara geniş məlumat verilmişdir, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Fərhad Abdulov Azərbaycan Respublikasının Gənclər siyasəti, icrası başa çatmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” və təsdiqi gözlənilən “Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı, Gənclər Fondu, Fondun prioritet istiqamətləri, qrant müsabiqələri, Fonddan qeydiyyat prosesi və layihə təkliflərinin göndərilməsi mexanizmini iştirakçılara izah edib onların suallarını cavablandırmışdır. Ümumi tanışlıq və rəsmi hissədən sonra layihə yazılması və idarəçiliyi üzrə peşəkar təlimçi Tofiq Sadıxov 4 gün ərzində iştirakçılara problemin müəyyən olunması, layihə ideyasınn formalaşdırılması, layihə təklifinin hazırlanması, büdcə və idarəçilik haqqında təlimlər keçmişdir. Sonuncü gün hər bir iştirakçı ilə fərdi görüşlər keçirilərək təlimdə öyrəndiklərini bir daha möhkəmləndirib gələcəkdə yazacaqları ideyalar haqqında fikir mübadiləsi aparılmışdır. Layihənin davamlığını təmin etmək, iştirakçılar ilə daha sıx əlaqə saxlamaq məqsədilə “facebook” sosial şəbəkəsində layihə ilə eyni adda qrup açılmışdır.
Zaqatala rayon Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman şöbələrinin irəli sürdüyü 35 gəncin iştirakı ilə baş tutan layihənin əsas məqsədi Zaqatala rayon gənclərinin fəallığının artırılmasından ibarətdir. Layihə çərçivəsində keçirilən təlim və görüşlər gənclər tərəfindən maraqla qarşılanıb və uğurla həyata keçirilib. Layihənin növbəti mərhələsində layihə iştirakçıları ilkin layihə təkliflərini hazırlayıb 15 mart tarixinə qədər layihənin təşkilat komitəsinə göndərəcəklər. Qəbul edilən layihə təkliflərindən ən yaxşıları seçilərək 18 mart tarixində Zaqatala Heydər Əliyev Mərkəzində baş tutacaq layihənin rəsmi bağlanış mərasimində həvəsləndirici diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər başa çatmışdırZaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər başa çatmışdırZaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər başa çatmışdırZaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər başa çatmışdır
Sosial şəbəkələrdə paylaş: